Həbsdə olan Mehmet Perincəkin “erməni soyqırımı” iddialarını təkzib edən kitabı çıxıb - FOTO

Həbsdə olan Mehmet Perincəkin “erməni soyqırımı” iddialarını təkzib edən kitabı çıxıb - <span style="color: red;">FOTO
# 01 fevral 2013 16:53 (UTC +04:00)

APA-nın məlumatına görə, kitabda Mehmet Perinçək tərəfindən qondarma “erməni soyqırımı” ilə bağlı 12 il ərzində Rusiya dövlət arxivlərindən toplanıb türk dilinə tərcümə edilmiş 150 sənəd əksini tapıb.

Rusiyanın dövlət arxivlərində sistemli araşdırmalar aparan Mehmet Perinçəkin bundan əvvəl də “erməni soyqırımı”nı təkzib edən bir çox kitabları çap olunub.

Rusiya arxivlərindən toplanmış sənədlərin önəmli bir qismi isə Mehmet Perinçək tərəfindən 2011-ci ilin fevralında Moskvada çap etdirilib. Kitaba ön söz yazan beynəlxalq hüquq üzrə professor Gündüz Ökçün kitaba daxil edilən sənədlərin “erməni soyqırımı”na dair iddiaları ifşa etdiyini vurğulayıb: “Ümumilikdə baxanda türk dövlətinin ermənilərə qarşı əvvəlcədən planlaşdırılmış heç bir qətliam və soyqırımından söhbət gedə bilməz. Cərəyan edən proseslərdə türklər ermənilərdən daha çox itkiyə məruz qalıb və insan itiriblər”.

Qeyd edək ki, 2010-2011-ci illərdə Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparmış Mehmet Perinçək 2011-ci ilin iyununda Türkiyəyə qayıtdıqdan sonra “Ergenekon terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilib. Hazırda Silivri həbsxanasında cəza çəkən M. Perinçək son kitabını orada çapa hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR