Azərbaycanda daha bir mülki şəxs Ermənistanla sərhəddə minaya düşərək həlak olub - YENİLƏNİB

Azərbaycanda daha bir mülki şəxs Ermənistanla sərhəddə minaya düşərək həlak olub - <span style="color: red;">YENİLƏNİB
# 15 aprel 2013 14:56 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda daha bir mülki şəxs minaya düşüb. Bu barədə APA-ya Qazax Rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün Ermənistan-Azərbaycan sərhədində, Xanlıqlar kəndinin ərazisində baş verib.

Xanlıqlar kənd sakini, 1990-cı il təvəllüdlü Adil Habil oğlu Vəliyev kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Lakin kənd sakinləri onu ərazidən çıxara bilməyiblər. Erməni tərəfinin atəş açması buna imkan verməyib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya bildirib ki, bu hadisə barədə BQXK-ya məlumat verilib. Hazırda BQXK nümayəndələri hadisə yerindədirlər: “BQXK bu situasiya ilə əlaqədar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Prosedura görə, belə hallarda BQXK qarşı tərəfdəki nümayəndəliyinə müraciət edir. Onlar da həmin ölkənin hakimiyyət orqanları ilə danışıqlar aparır ki, atəşkəs elan olunsun və həmin şəxs ərazidən çıxarılsın”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun APA-ya verdiyi məlumata görə, meyit bir qədər əvvəl ərazidən götürülüb.

Qeyd edək ki, Xanlıqlar kənd sakini Sabir Kərimov aprelin 2-də Ermənistanla sərhəddə meşə zolağında minaya düşərək həlak olmuşdu. Onun meyiti bir neçə gündən sonra ərazidən çıxarılaraq dəfn edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR