Meksikada tələbələri daşıyan avtobus aşıb, 30 nəfər xəsarət alıb

Meksikada tələbələri daşıyan avtobus aşıb, 30 nəfər xəsarət alıb
# 24 sentyabr 2015 01:57 (UTC +04:00)

Bakı-APA. Meksikanın Miçoakan ştatında baş verən yol qəzası nəticəsində azı 30 tələbə xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sərnişin avtobusu Urupan və Karapan şəhərlərini birləşdirən yolda aşıb.

İlkin versiyaya əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub. Bunun nəticəsində sürücü idarəetməni itirib və avtobus sıldırımdan aşağı yuvarlanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR