“Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” sərəncama dəyişikliklər edilib

“Azərbaycanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” sərəncama dəyişikliklər edilib
# 27 dekabr 2012 16:31 (UTC +04:00)

APA-nın məlumatına görə, iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının başa çatması ilə əlaqədar sərəncamın adından və birinci hissəsindən “delimitasiyası və” sözləri çıxarılıb.

Sərəncama əsasən, komissiyanın tərkibi aşağıdakı yeni redaksiyada verilib:

Elçin Quliyev

- Dövlət Sərhəd Xidmətinin rəisi

Oruc Zalov

- daxili işlər nazirinin müavini

Hilal Əsədov

- milli təhlükəsizlik nazirinin müavini

Firdovsi Əliyev

- ekologiya və təbii sərvətlər nazirinin müavini

Azad Nağıyev

- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini

Məmməd Sadıq Quliyev

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini

Elxan Usubov

- Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

İslam Rzayev

- Balakən Rayon İcra Hakimiyyətinin başçısı

Şəmsəddin Xanbabayev

- Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı

Musa Şəkiliyev

- Qax Rayon İcra Hakimiyyətinin başçısı

Səbuhi Abdullayev

- Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

Şair Alxasov

- Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Qurbanov

- Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Mübariz Əhmədzadə

- Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Eyvaz Cəfərov

- Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi

Zavər Qafarov

- Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi”.

Prezident Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi, Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR