Mədəniyyət və Turizm Nazirliyi bir neçə mehmanxanaya dərəcə sertifikatı verib

Mədəniyyət və Turizm Nazirliyi bir neçə mehmanxanaya dərəcə sertifikatı verib
# 03 mart 2015 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri və Qusar rayonunda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Şöbədən bildiriblər ki, Bakıdakı “Panorama Villa Lux” və “Azəryol” mehmanxanalarına 4, “Passage Hotel” mehmanxanasına 3, Qusar rayonundakı “Shahdag Hotel&SPA”, “Pik Palace”, “Park Chalet” mehmanxanalarına 5, “Zirvə Hotel” istirahət mərkəzinə 4 ulduz verilib.

Qeyd edək ki, təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıq 73-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR