Azərbaycanda neft hasilatının azalması prosesi dayanıb

Azərbaycanda neft hasilatının azalması prosesi dayanıb
# 01 fevral 2013 17:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, artıq yanvar ayında bu yataqlarda hasilat 2012-ci ilin analoji dövrü ilə eyni səviyyəyə çatıb. Bu isə düşmə riskinin sıfıra enməsi deməkdir. ARDNŞ rəhbəri layihə çərçivəsində bu yataqlarda qazma işlərinin də tamamilə qrafikə uyğun getdiyini bildirib.

Qeyd edək ki, məhz “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın aşağı düşməsi Azərbaycan tərəfinin narazılığına səbəb olub və ötən ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev hasilatın azalmasında layihənin operatoru olan “BP” şirkətini günahlandırıb. Bundan sonra tərəflər arasında yüksək səviyyədə müzakirələr aparılıb və hasilatın səviyyəsinin sabitləşdirilməsi ilə bağlı yeni qrafik qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR