Bank Of Baku

Batumidə güclü yanğın olub

Batumidə güclü yanğın olub
# 24 aprel 2018 17:51 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində bir neçə fərdi yaşayış evində güclü yanğın baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, evlərin birində başlayan yanğın qısa zaman ərzində qonşu evlərə keçib. Hazırda 3 evin yandığı bildirilir.

 

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb olunub. Yanğının baş vermə səbəbi məlum deyil.

 

İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan yoxdur.

 

Qeyd edək ki, yanğın baş verən evlər ötən ilin noyabrında 11 nəfərin ölümü ilə nəticələnmiş yanğının olduğu “Leogrand” hoteli yaxınlığında yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR