Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndiriblər - FOTO

Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndiriblər  - <span style="color: red;">FOTO
# 18 fevral 2013 14:39 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstandakı bəzi qeyri-hökumət təşkilatlarının təşkilatçılığı ilə hökumətin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunmuş “Hakimiyyətdə 100 gün: “Qanunun aliliyi və insan haqları” mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişvili və hökumət nümayəndələri, parlamentin azlıq və çoxluğu təmsil edən deputatları, səfirlər, beynəlxalq təşkilatların və etnik azlıqların nümayəndələri iştirak edib.

Çıxışlardan sonra tədbir dialoq şəkilində davam edib. Dialoqda baş nazir Bidzina İvanişvili, ədliyyə naziri Tea Tsulukiani, Gürcüstan Ali Məhkəməsinin sədri Koba Kublaşvili, parlament üzvü, azlıq nümayəndəsi Georgi Vaşadze, baş prokuror Arçil Kbilaşvili, daxili işlər naziri İrakli Qaribaşvili, cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, parlamentin İnsan haqlarını müdafiə komitəsinin sədri Eka Beseliya və başqaları çıxış edərək yeni hökumətin 100 günlük fəaliyyəti haqqında şərhlərini və fikirlərini bölüşüblər.

B. İvanişvili çıxışında qeyri-hökumət təşkilatları ilə hər ay görüşəcəyini vəd edib: “Mən ölkənin inkişafında QHT-lərin rolunu yaxşı başa düşür və ümidvar olduğumu bildirirəm ki, biz hər ay görüşəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR