Vatikanda Papanın seçilməsi ilə bağlı səsvermənin birinci turu nəticəsiz olub

Vatikanda Papanın seçilməsi ilə bağlı səsvermənin birinci turu nəticəsiz olub
# 13 mart 2013 01:26 (UTC +04:00)

Bakı-APA. Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan qara tüstü buraxılıb, bu isə o deməkdir ki, Papanın seçilməsi ilə bağlı keçirilən səsvermənin birinci turu nəticəsiz olub. Xatırladaq ki, Papanın seçilib-seçilmədiyi Sikstin kapellasının bacasından çıxan tüstünün rəngi ilə müəyyənləşir. Belə ki, qara tüstü Papanın seçilə bilmədiyini, ağ tüstü seçildiyini bildirir.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə, ənənəyə görə, səsvermənin birinci günündə kardinallar yalnız bir dəfə səs verir, bu isə o deməkdir ki, qalan turlar növbəti günlərdə keçiriləcək. Yeni Papa müəyyən olanadək kardinallar gündə dörd dəfə səs verəcək.

Xatırladaq ki, Roma Papası XVI Benedikt fevralın 28-də taxtdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR