Sabahdan Azərbaycan ərazisində hava sabitləşəcək, temperatur yüksəlməyə başlayacaq - YENİLƏNİB - VİDEO

Sabahdan Azərbaycan ərazisində hava sabitləşəcək, temperatur yüksəlməyə başlayacaq - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 iyul 2014 09:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sabah gündüzdən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, sonrakı günlərdə ölkə ərazisində havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu iyulun 16-17-də bu günlərlə müqayisədə 3-5 dərəcə yüksək olacaq.

İyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində dəniz suyunun temperaturu 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 25-26 dərəcə isti təşkil edəcək.

İyulun 15-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir.

İyulun 16-17-də isə zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında gözlənilən isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR