Ukraynanın “Dnepravia” şirkəti Azərbaycana və daha bir neçə ölkəyə uçuşları dayandırıb

Ukraynanın “Dnepravia” şirkəti Azərbaycana və daha bir neçə ölkəyə uçuşları dayandırıb
# 29 avqust 2014 10:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ukraynanın “Dnepravia” aviaşirkəti bir neçə istiqamətdə uçuşların dayandırılması barədə qərar qəbul edib.

APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin kommersiya direktoru Sergey Posıyayev Ukrayna mətbuatına açıqlamasında bildirib.

Onun sözlərinə görə, sentyabr ayının 1-dən etibarən Ukraynanın Xarkov şəhərindən Bakı, Tiflis, Batumi və İrəvan istiqamətində həyata keçirilən uçuşlar ləğv olunacaq.

S. Posılayev bildirib ki, qərar iqtisadi səbəbdən qəbul olunub. Belə ki, adıçəkilən şəhərlərə uçuşlar Rusiya hava ərazisindən daxil olmadan həyata keçirilməsi iqtisadi cəhətdən səmərəsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR