“QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunda müzakirə keçirilib - FOTOSESSİYA

“QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunda müzakirə keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 31 oktyabr 2014 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Milli QHT Forumu (MQF) "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirə keçirib.

APA-nın məlumatına görə, iclasda çıxış edən MQF-nin prezidenti Rauf Zeyni layihə haqda geniş məlumat verib: "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələr çərçivəsində üçüncü görüşümüzü keçiririk”.

Bu dəfə “Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunun müzakirə olunacağını deyən R. Zeyni qeyd edib ki, bu illər ərzində media və QHT-lər daima əməkdaşlıq edib: “QHT-lərin həyata keçirdiyi tədbirlər mediada çox geniş işıqlandırılıb. Biz həmişə medianın diqqətini hiss etmişik".

Forumun prezidenti bildirib ki, ötən il QHT-lərin inkişafı üçün 67 milyon manat vəsait ayrılıb: "Həmin vəsaitin 44 milyonu Azərbaycan dövləti tərəfindən, 23 milyonu isə beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantlardır. Görünən odur ki, Azərbaycan dövlətinin ayırdığı maliyyə beynəlxalq təşkilatların ayırdığı maliyyədən 2 dəfə çoxdur. Bu da Azərbaycan dövlətinin Vətəndaş Cəmiyyətinə olan diqqətin göstəricisidir".

Daha sonra tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

O bildirib ki, QHT-lə media arasında münasibətin daha da inkişaf etməsi üçün müəyyən bir sistemləşmə olmalıdır: "Dövlətin QHT-lərə münasibətində bir sistemlilik yarandı. QHT-lərə Dövlət Dəstəyi Şurası müxtəlif istiqamətlər üzrə QHT-lərin layihələrini maliyyələşdirir. O cümlədən Azərbaycanda
fəaliyyət göstərən böyük şirkətləri QHT-lərin layihələrinə qrant ayrılması prosesinə də cəlb etməyə başlayıb və bu da təqdirəlayiq haldır. Əminəm ki, bundan sonra da QHT-lərlə media arasında sıx əməkdaşlıq davam edəcək. Cəmiyyətdə mövcud olan problemlərin QHT-lər və media vasitəsilə həlli, eyni
zamanda QHT-lərin özlərinin problemlərinin aradan qaldırılması yönündə daha böyük işlər görüləcək".

Tədbirdə həmçinin MQF informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasovun "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu" mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu bu ilin mart ayından etibarən "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili" layihəsini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR