Bakıda məcburi köçkünlər aksiya keçirib

Bakıda məcburi köçkünlər aksiya keçirib
# 15 aprel 2013 10:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda məcburi köçkünlər aksiya keçirib. APA-nın məlumatına görə, 150-yə yaxın məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin binasının qarşısında Tbilisi prospektini bağlayıblar.

Əraziyə polis qüvvələri gəlib, yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Aksiyaçılar Bakı Dövlət Universitetinin yataqxanalarından köçürülən məcburi köçkünlər olub. Köçkünlər onlara verilən evlərin çox kiçik olmasından şikayət ediblər.

Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov isə APA-ya açıqlamasında bildirib ki, bu gün komitənin qarşısında heç bir aksiya olmayıb. Sadəcə, hər ayın 15-i komitə sədri Əli Həsənovun qəbul günüdür və bura gələn məcburi köçkünlər sədrin qəbuluna gələn insanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR