Rusiyanın Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İturup adası yaxınlığında, ocağı isə 114 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.