Gürcüstan paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Gürcüstan paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib  - <span style="color: red;">FOTO
# 25 fevral 2013 16:06 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tiflisdə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilən tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycan səfiri Azər Hüseyn açaraq Xocalı soyqırımı barədə ətraflı danışıb.

Sonra tarix elmləri doktoru Quram Marxuliya, parlamentin deputatı Mahir Dərziyev, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının vitse-prezidenti Tamar Lamparadze çıxış ediblər.

Tədbirdə Gürcüstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, ARDNŞ-in nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Xocalı soyqırımını əks etdirən fotosərgi və “Xocalı qətliamı” adlı film nümayiş olunub.

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində də Xocalı soyqırımı qurbanları anılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR