İmişlidə 29 yaşlı oğlan özünü öldürüb

İmişlidə 29 yaşlı oğlan özünü öldürüb
# 29 sentyabr 2014 07:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. İmişli rayonunda intihar hadisəsi baş verib.

İmişli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov Rauf Cəmil oğlu işlədiyi fermada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR