BDU Azərbaycan Universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub

BDU Azərbaycan Universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub
# 08 iyun 2015 11:34 (UTC +04:00)

Bakı-APA. Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitut (URAP) 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısını açıqlayıb.

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan universitetləri üzrə 1-ci sırada, dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşıb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, beynəlxalq URAP reytinqi Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilərək, 2009-cu ildən təşkil olunur.


URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR