Rusiyanın iri metal məhsulları istehsalçısı Azərbaycandakı infrastruktur layihələrə maraq göstərir

Rusiyanın iri metal məhsulları istehsalçısı Azərbaycandakı infrastruktur layihələrə maraq göstərir
# 08 iyun 2015 10:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyada fəaliyyət göstərən "Maqnitoqorsk Metallurgiya Kombinatı" ASC (MMK) Azərbaycan bazarına istehsal etdiyi məhsulun tədarükünü artırmaq niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.

"Azərbaycan neft və qaz nəqli üçün boru kəmərlərini inşa edir. Bunların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP boru kəməri xətlərinin inşası var. Bakının yaxınlığında isə iri Neft-Qaz və Neft-Kimya Kompleksi inşa olunur. Bu layihələrin reallaşdırılması MMK-ya Azərbaycana metal məhsullarının tədarükü baxımından perspektivli bazar kimi baxmağa imkan verir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında MMK-nın metal məmulatlarını tədarük edən ən iri üçüncü ölkədir. 2014-cü ildə MMK-nın məhsullarının Azərbaycana ixracı 213,6 min ton təşkil edib ki, bu da daha əvvəlki illə müqayisədə 28% artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR