Kalmıkiyalı rejissor Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayacaq

Kalmıkiyalı rejissor Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayacaq
# 20 aprel 2015 11:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rejissor Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş verəcək.

Tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Səhnə əsərində əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR