Həbsdə olan keçmiş OMON-çularla bağlı ölkə başçısına müraciət edilib

Həbsdə olan keçmiş OMON-çularla bağlı ölkə başçısına müraciət edilib
# 11 mart 2015 10:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Keçmiş OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələrinin 20 illiyi ilə əlaqədar hazırda həbsdə olan OMON-çularla bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov OMON-nun tərkibində döyüşlərdə iştirak edib, sonradan cinayət məsuliyyətinə cəlb olunaraq ömürlük həbs alıblar.

Həmin şəxslərin səhhətində problemlər yarandığından, onların azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunub.

Keçmiş OMON-çu komandir Nizami Şahmuradov deyib ki, ölkə başçısı OMON-çuların böyük əksəriyyətini əfv edib: “Ancaq Arif Kazımov, Səfa Poladov, Elçin Əmiraslanov hələ də həbsxanadadırlar. Elçin Əmiraslanovun səhhətində problemlər var. Bu insanlar Qarabağ döyüşlərində fəal iştirak ediblər. Heç bir insan səhvsiz olmur. Prezidentdən xahiş edirik ki, onları da əfv etsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR