Baş nazirin müavini: "Rusiya və Türkiyə yaxın gələcəkdə humanitar əlaqələri bərpa edəcək"

Baş nazirin müavini: "Rusiya və Türkiyə yaxın gələcəkdə humanitar əlaqələri bərpa edəcək"
# 12 avqust 2016 19:13 (UTC +04:00)

Bakı-APA. Rusiya və Türkiyə arasında yaxın gələcəkdə humanitar təhsil, turizm, eləcə də əmək münasibətləri sahəsində əlaqələr bərpa ediləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets bəyan edib.

"Hazırda biz bütün istiqamətlər üzrə danışıqla hazırlaşırıq. Bizim həqiqətən də türkiyəli həmkarlarımızla ciddi əlaqələrimiz olub. İlk növbədə ümumi təhsil, texniki təhsil, bir sıra araşdırmalar sahələrində və s. Düşünürəm ki, yaxın gələcəkdə bütün bu əlaqələr qarşılıqlı fayda şərti ilə bərpa ediləcək”, deyə O.Qolodets bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR