Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 21 fevral 2013 13:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin yanvar ayı üzrə 11,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayında həmin indikator 156,1%-ə, noyabrda isə 116,1%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar ardıcıl iki ay ərzində yüksək templə artımdan sonra 10 dəfədən çox azalıb:

Göründüyü kimi, mənzil tikintisinə yatırılan investisiyaların həcmi hər ilin yanvarında çox aşağı həddə düşür və hətta həmin ilin minimumunu müəyyən edir. Bunun hansısa iqtisadi səbəblərini aşkarlamaq çətindir, hətta cədvəldən göründüyü kimi, investisiyaların aylıq dinamikasında isə ümumiyyətlə böyük dəyişkənlik müşahidə olunur.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, ona həmsərhəd sahələrdə olan vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti əks etdirir.

Xatırladaq ki, 2012-ci il ərzində mənzil tikintisinə yönəldilən vəsaitlərin həcmi 1,396 mlrd. manata bərabər olub və bu, illik müqayisədə 47,5% çoxdur. Eyni zamanda, yanvar ayında investisiyaların həcmi illik müqayisədə 36,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR