Ermənistan prezidentliyinə daha bir namizəd aclıq aksiyasına başlayıb

Ermənistan prezidentliyinə daha bir namizəd aclıq aksiyasına başlayıb
# 07 fevral 2013 18:28 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidentliyinə namizəd, “Milli razılıq” partiyasının lideri Aram Arutyunyan Mərkəzi seçki komissiyasının binası qarşısında aclıq aksiyası elan edib.

APA-nın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bundan öncə o bildirmişdi ki, aclıq aksiyası 24 saat davam edəcək və bundan sonra o namizədliyini geri götürəcək.

Prezidentliyə namizəd heç bir tələb irəli sürməyib, yalnız qeyd edib ki, o qalan namizədlərdən eyni addım atmasını gözləyir. Aclıq aksiyasından öncə o prezidentliyə namizəd Andreas Qukasyana baş çəkib. Qeyd edək Andreas Qukasyan artıq 18 gündür ki Ermənistan milli akademiyasının binasının qarşısında aclıq aksiyası keçirir.

“Əgər hər-hansı namizədin adı seçici bülletenində qalacaqsa, bu o deməkdir ki, həmin şəxsin siyasi bioqrafiyası sona çatıb”, deyə Aram Arutyunyan bildirib və qeyd edib ki, o artıq namizədliyinin geri götürülməsi haqqında ərizəsini Mərkəzi seçki komissiyasına təqdim edib.

Bundan başqa, Aram Arutyunyan həyatına sui-qəsd törədilmiş prezidentliyə namizəd Paruyr Ayrikyana tez sağalmasını arzu edib və onun eyni addım atmasını arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR