Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada həyatını itirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.
Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
***
09:58
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.