Azərbaycanda baş verən qida zəhərlənmələrinin sayı açıqlanıb

Azərbaycanda baş verən qida zəhərlənmələrinin sayı açıqlanıb
# 08 iyul 2015 15:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 faiz azalma müşahidə edilib.

Qida zəhərlənmələri hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərərçəkən qeydə alınıb və 27,7 faiz azalma müşahidə olunub.

2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR