Bank Of Baku

Şəmkirdə avtomobil qadın vuraraq öldürüb

Şəmkirdə avtomobil qadın vuraraq öldürüb
# 22 avqust 2026 08:43 (UTC +04:00)

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil hərəkətdə olan yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü T.İsrafilovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR