FHN Bakıda bazarda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda bazarda baş verən yanğınla bağlı məlumat yayıb
# 21 noyabr 2014 10:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda bazarda baş verən yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda ayrı-ayrı vətəndaşlara məxsus sahəsi 50 kvadratmetr olan ev əşyaları, satışı mağazasının yanar konstruksiyaları, o cümlədən sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində satış üçün nəzərdə tutulmuş mebellər, 25 kv.m olan taxta konstruksiyalı tikili yanıb. Ona bitişik mağazanın lambirdən ibarət tavanı 50 kv.m sahədə yüksək temperaturdan əriyib .Yanğın yanğınsöndürənlər tərəfindən saat 11.33-də söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR