Nikolay Bordyuja Azərbaycanın qanunsuz uçuş həyata keçirəcək təyyarələrin vurulması barədə qərarını ciddi qəbul etmədiyini bildirib

Nikolay Bordyuja Azərbaycanın qanunsuz uçuş həyata keçirəcək təyyarələrin vurulması barədə qərarını ciddi qəbul etmədiyini bildirib
# 29 yanvar 2013 10:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ermənistanda səfərdə olan N. Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarına münasibət bildirərkən deyib ki, bu, ya uğursuz interpretasiya, ya da uğursuz zarafatdır: “Mən Azərbaycana ümumbəşəri normalara sadiq, sivil dövlət kimi baxıram. Şübhə edirəm ki, hansısa ölkənin rəhbərliyi mülki təyyarələrin qəsdən vurulması barədə əmr verər. Bizim tariximizdə belə şeylər olub, biz hamımız Uzaq Şərqdəki faciəni və dünya ictimaiyyətinin buna reaksiyasını xatırlayırıq. Mən hesab etmirəm ki, bu gün hansısa dövlət mülki təyyarəni məhv etməyə çalışar. Ona görə də bu informasiyanı ciddi qəbul etmirəm”.

Xatırladaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR