Suriya ordusunun postuna hücum zamanı 10 silahlı öldürülüb

Suriya ordusunun postuna hücum zamanı 10 silahlı öldürülüb
# 02 oktyabr 2014 23:58 (UTC +04:00)

Bakı-APA. Suriya-Livan sərhədi yaxınlığında (paytaxt Dəməşqdən 57 km aralıda) Suriya ordusunun postuna hücum zamanı 10 silahlı öldürülüb, daha 20-si isə yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Əl Mayadin” telekanalı məlumat yayıb.

Bundan başqa, Cobar, Zamalka, Harista və Ərbeyn rayonlarında hökumət qüvvələri və “Cəbhət ən Nusra” və digər qruplaşmalar arasında döyüşlərin olduğu bildirilir.

Telekanalın məlumatına əsasən, Dəməşqin 12 kilometrliyində yerləşən Duma şəhərində də ordu birləşmələri və silahlı qruplaşmalar arasında qızğın döyüşlərin gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR