ABŞ indiyədək İraqda İŞİD mövqelərinə 110 hava zərbəsi endirib

ABŞ indiyədək İraqda İŞİD mövqelərinə 110 hava zərbəsi endirib
# 30 avqust 2014 09:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ-ın Mərkəzi Komandanlığı prezident Barak Obama üçün “İslam dövləti”nin Suriyadakı mövqelərinə hücum barədə təkliflər paketi hazırlayır.

APA-nın Pentaqonun saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, hazırda “İslam dövləti”nə yeni zərbələr endirilməsi barədə təkliflər hazırlanır və hücumların Suriyanı da əhatə etməsi nəzərdə tutulur.

C.Kirbi qeyd edib ki, təkliflər paketini hazırlamağı ABŞ prezidenti Barak Obama şəxsən tapşırıb. İndiyədək İraqda İŞİD mövqelərinə 110 hava zərbəsi endirildiyini deyən Pentaqon rəsmisi əlavə edib ki, qruplaşmanın İraq və Suriyada olan bütün mövqeləri diqqətlə öyrənilir və taktiki planda bütün bunlar nəzərə alınacaq. O, Pentaqon tərəfindən Suriya müxalifət qüvvələrinə nəzarət üçün 500 milyon dollar istənildiyini də xatırladıb: “Ümid edirik ki, 2015-ci ilin əvvəlinə kimi bizim istəyimiz yerinə yetiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR