Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir” - FOTOSESSİYA

Ştefan Füle: “Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir” - <span style="color: red;">FOTOSESSİYA
# 03 may 2013 13:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib. O bildirib ki, AB ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Azərbaycanda bu ilə nəzərdə tutulan prezident seçkilərinə toxunan komissar həm seçkini, həm də seçki prosesini azad və ədalətli aparmağa çağırıb. O, Azərbaycanda ötən illərdə keçirilmiş seçkilərdən sonra beynəlxalq müşahidəçilərin seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və şikayətlərə baxılması məsələləri ilə bağlı bir sıra çatışmazlıqları qeyd etdiklərini xatırladıb: “Ümid edirəm ki, Azərbaycan hökuməti bu çatışmazlıqları nəzərə alacaq. Bu, Azərbaycan dövləti və xalqının mənafeyinə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR