Malidə Fransa ordusu Qao şəhərini islamçılardan azad edib

Malidə Fransa ordusu Qao şəhərini islamçılardan azad edib
# 26 yanvar 2013 23:52 (UTC +04:00)

Bakı-APA. Fransa Silahlı Qüvvələrinin birləşmələri Malinin şimalında islamçı silahlıların nəzarətdə saxladıqları Qao şəhərini azad ediblər. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Müdafiə nazirliyi xəbər verib.

Fransa Müdafiə nazirliyinin məlumatına görə, Qao şəhərinin meri paytaxt Bamakodan dərhal şəhərə qayıdacaq.

Qeyd edək ki, Qao silahlıların 2012-ci ildə ələ keçirdikləri üç şəhərdən biridir.

Xatırladaq ki, Fransa iki həftə bundan əvvəl Maliyə yerli orduya silahlılarla mübarizədə dəstək məqsədi ilə 2 minədək əsgər göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR