Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub - VİDEO

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub - <span style="color: red;">VİDEO
# 27 avqust 2015 06:49 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Novruzlu, Çıraqlı, Yusifcanlı, Şuraabad, Mərzili, Şirvanlı, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR