Dövlət müşaviri Kamal Abdulla Amerika Yəhudiləri Yardım Təşkilatının üzvləri ilə görüşüb

Dövlət müşaviri Kamal Abdulla Amerika Yəhudiləri Yardım Təşkilatının üzvləri ilə görüşüb
# 26 oktyabr 2014 10:31 (UTC +04:00)

Bakı-APA. Amerika Yəhudiləri Yardım Təşkilatını təmsil edən heyət Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ilə görüşüb.

APA-nın xəbərinə görə, qonaqları salamlayan K. Abdulla dövlətin tolerantlıq siyasətindən və ölkə prezidentinin buna qayğısından danışıb.

Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Shmeuel Simatov təşkilat haqqında məlumat verib. O deyib ki, İsrail vətəndaşı olsa da, özünü daim azərbaycanlı kimi hiss edir: “Bu gün Azərbaycan tolerantlığı ilə nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir".

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR