Fabio Kapello köməkçisini Bakıya göndərir

Fabio Kapello köməkçisini Bakıya göndərir
# 12 fevral 2013 11:07 (UTC +04:00)

Bakı – APA. Rusiya milli komandasının məşqçisi Nikola Bertoni Azərbaycana səfər edəcək. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapellonun köməkçisi olan həmyerlisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununu izləməyə gələcək.


Şimal qonşularımız F qrupunda mübarizədə əsas rəqibi olan Portuqaliya millisinin oyununu diqqətdə saxlayır. Bu üzdən Rusiya Futbol İttifaqı italiyalı mütəxəssisi Bakıya ezam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR