Tovuzda azyaşlını elektrik cərəyanı vurub.
APA-nın yerli bürosunun bürosunun xəbərinə görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub.
Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın qərb bürosuna verilən xəbərə görə, 7 oktyabr tarixində saat 12:50 radələrində 2017-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sol bazunun açıq yarası, hər iki əlin 10 faizdən aşağı, II dərəcəli termiki yanığı diaqnozu təyin edilib.
Azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.