Maliyyə naziri Samir Şərifov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib

Maliyyə naziri Samir Şərifov ABŞ-ın  Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib
# 05 mart 2015 17:21 (UTC +04:00)

APA-nın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazanılmış uğurlar barədə geniş məlumat verən S.Şərifov Azərbaycan ilə Birləşmiş Ştatlar arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səfir R.Sekuta diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maliyyə, regional əməkdaşlıq, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Samir Şərifov səfir Robert Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR