Yaxın günlərdə Bakının daha iki küçəsində təmir işləri başa çatacaq - FOTO

Yaxın günlərdə Bakının daha iki küçəsində təmir işləri başa çatacaq - <span style="color: red;">FOTO
# 27 aprel 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1,7 kilometrlik ərazisində təmir işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.

Bundan başqa, Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3 200 kvadrat metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7 800 kvadrat metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80%-i yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.

Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafında qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.

Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR