Abşeron rayonunda 16 yaşlı oğlan su kanalında batıb - YENİLƏNİB

Abşeron rayonunda 16 yaşlı oğlan su kanalında batıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyun 2016 05:28 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 06:33-də başa çatıb.

***

06:33

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR