Timoşenko hökuməti Ukraynada hərbi vəziyyət elan etməyə çağırıb

Timoşenko hökuməti Ukraynada hərbi vəziyyət elan etməyə çağırıb
# 28 avqust 2014 12:38 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko hökuməti ölkədə hərbi vəziyyət elan etməyə çağırıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Timoşenko prezidentin ölkənin müdafiəsini öz əlinə almasını vacib hesab edib.

O qeyd edib ki, təcili surətdə taktikanı dəyişmək, Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyət yaratmaq üçün Ali Radanın iclasını çağırmaq lazımdır.

“Bu tədbirlər bizə öz hərəkətlərimizi daha dəqiq koordinə etmək imkanı verəcək”, - deyə Y.Timoşenko əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR