“Böyük səhnə” beynəlxalq musiqi layihəsinin üç super finalçısı müəyyənləşib - FOTO

“Böyük səhnə” beynəlxalq musiqi layihəsinin üç super finalçısı müəyyənləşib - <span style="color: red;">FOTO
# 18 fevral 2013 08:29 (UTC +04:00)

Bakı – APA. “Böyük səhnə” beynəlxalq musiqi layihəsinin üç super finalçısı müəyyənləşib. APA-nın xəbərinə görə, finala Aysel Nərimanova, Vlada Axundova və Nigar Hüseynova çıxıb.

Super finala çıxan hər üç qız beynəlxalq prodüserlərlə əməkdaşlıq, yeni mahnı yazılışı və klip çəkilişi hüququ qazanıb. İştirakçıları üç beynəlxalq münsif (Toma Rotrokk, Harri Miller və Stefan Orn), eləcə də Azərbaycandan Eldar Mansurov, Təranə Muradova, Murad Dadaşov və Zəhra Bədəlbəyli qiymətləndirib.

Qeyd edək ki, “Böyük səhnə” beynəlxalq musiqi layihəsi hər həftənin şənbə günü saat 21:30-da (təkrarı çərşənbə günləri saat 23:00-da) ATV telekanalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yayınlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR