Bakı. Hafiz Heydərov – APA. Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçiriləcək 74-cü iclasında müşahidəçi qismində iştirak etmək üçün Qazaxıstana səfər edib.
Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 12-dək davam edəcək.