Moskvada azərbaycanlı din xadimini qətlə yetirən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb

Moskvada azərbaycanlı din xadimini qətlə yetirən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb
# 23 aprel 2013 14:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında azərbaycanlı din xadimini vəhşicəsinə öldürən şəxslərin cinayət işinin istintaqı yekunlaşıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Orenburq vilayətinin sakini, 28 yaşlı Vitali Kalinin, Tomsk vilayətinin 26 yaşlı sakini Nikolay Yermakov və Qazaxıstan vətəndaşı, 26 yaşlı Aleksandr Savelyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.


İstintaq materiallarında bildirilir ki, 10 aprel 2012-ci il tarixdə Aleksandr Savelyev Nikolay Yermakovla birlikdə “Belarusskiy” metrosundan çıxan Mətin Mehdiyevin arxasınca düşüblər. Onlar Mehdiyevin yaşadığı ünvana qədər onu izləyiblər. Ətrafda heç kəsin olmadığını görən qatillər Mehdiyevə hücum etmək qərarına gəliblər. Savelyev Mehdiyevə bıçaqla hücum edərək üstündəki pulları və digər əşyaları verməsini tələb edib. Mətin Mehdiyev onlara müqavimət göstərib. Savelyev əlindəki bıçaqla Mehdiyevin başına və boynuna zərbələr endirərək onun üzərindəki pul kisəsini və bahalı “Vertu” markalı mobil telefonunu götürərək qaçıb.

Aparılan istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, dəstə üzvləri Nikolay Yermakov və Vitaliy Kalinin paytaxtın Tver küçəsi-19 ünvanında başqa bir adama qarşı da quldurluq və qətl hadisəsi törədiblər. Onlar bir kişiyə hücum edib, onu qarət edərək vəhşicəsinə öldürüblər.


Qeyd edək ki, 11 aprel 2012-ci il tarixində, gecə saat 02:00 radələrində Moskva şəhərində, İkinci Bretskaya 43 ünvanında üzərində zorakılıq əlamətləri, baş və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti tapılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində zorakılıq əlamətləri olan cəsədin 33 yaşlı Moskva sakini Mətin Mehdiyevə məxsus olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR