Hacıqabulda baş verən qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB - FOTOSESSİYA

Hacıqabulda baş verən qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 04 fevral 2013 21:02 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində həlak olanlar «Mercedes»in sürücüsü Cəbrayıl rayon sakini, Biləsuvar rayonu 5 saylı qaçqın düşərgəsində məskunlaşmış 1971-ci il təvəllüdlü Telmanzadə Elsevər Telman oğlu və İmişli şəhər sakini 1996-cı il təvəllüdlü İbişov Ülvi Təyyar oğludur. Halak olanlar və yaralananların hamısı «Mercedes»in içərisində olublar. Yük maşınının sürücüsü avtomobildən tullanaraq sağ qala bilib.

BDYP-nin istintaq idarəsinin müstəntiqi Qəzənfər Mansurovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, Sabirabad sakini 1965-ci il təvəllüdlü Aslanov Elçin İdris oğlunun idarə etdiyi «SHACMAN» tipli yük maşını "A-trans Motors" MMC-yə məxsus olub.

***

21.49

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsindəki körpüdə bu gün saat 20.45 radələrində ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 90 US 177 dövlət nömrə nişanlı «SHACMAN» tipli yük maşını ilə 10 XD 975 dövlət nömrə nişanlı «Mercedes» tipli minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar, Cəbrayıl rayon sakini 1972-ci il təvəllüdlü Abbasov Elşən Fərhad oğlu, İmişli şəhər sakini 1973-cü il təvəllüdlü İbişov Təyyar Cəlal oğlu və 1962-ci il təvəllüdlü İmişli sakini Ağayev Razim Əliağa oğlu ağır vəziyyətdə, kəllə-beyin və multitravmalarla Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər hər 3 yaralının vəziyyətini ağır qiymətləndirirlər. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə nəticəsində qum ilə dolu «SHACMAN» maşını körpüdən, 7-8 metr hündürlükdən aşıb. Adı çəkilən körpüdə təmir işləri aparılırmış. Lakin hansısa səbəbdən körpünün üstündə Bakı-Qazax istiqamətində yola giriş qadağandır nişanı qoyulub. "Mercedes"in sürücüsü bu səbəbdən Bakı istiqamətində hərəkətdə olan yük maşınının qarşısına çıxıb. Nəticədə "Mercedes"lə toqquşan yük avtomobili hündürlükdən aşağı yuvarlanıb.

Faktla bağlı BDYP-nin istintaq idarəsində tədqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR