Belçika yığmasının baş məşqçisi: “Azərbaycanla görüşdə qələbə qazanacağıq”

Belçika yığmasının baş məşqçisi: “Azərbaycanla görüşdə qələbə qazanacağıq”
# 22 sentyabr 2015 11:50 (UTC +04:00)

Bakı – APA. “Maraqlı qrupda mübarizə aparacağıq. Fikrimcə, hər bir görüşə xüsusi atmosferdə çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Belçika millisinin baş məşqçisi Qert Vande Broek deyib.

Təcrübəli mütəxəssis sentyabrın 26-da start götürəcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

Azərbaycan, Türkiyə və Macarıstanla birgə B qrupunda yer alan komandanın çalışdırıcısı ciddi çətinlik çəkmədən mərhələ adlayacaqlarına əminlik ifadə edib.

O bildirib ki, burada qrupumuza ev sahibliyi etmələri də mühüm rol oynayacaq: “Matçlarımızı Antverpendə keçirməyimiz böyük üstünlükdü. Fikrimcə, qrup mərhələsində hər şey uğurlu olacaq, hansısa problem yaşamayacağıq. Ümid edirəm ki, Macarıstan və Azərbaycanla görüşlərdə qələbə qazanacağıq. Lakin Türkiyəyə qarşı matçın gərgin keçəcəyini deyə bilərəm. Çünki onlar top-komandadı. Bu qarşılaşmada da tamaşaçıların da bizə dəstək olacağına inanıram. Biz əvvəlki oyunlarda da onlarla daha güclü olduğumuzu göstərmişik”.

Qeyd edək ki, Avropa çempionatına Belçika ilə birgə Hollandiya da ev sahibliyi edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR