Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.
İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.