Dow Jones indeksi 1,8%, S&P 500 2,3%, Nasdaq 2,4% enib

Dow Jones indeksi 1,8%, S&P 500 2,3%, Nasdaq 2,4% enib
# 16 aprel 2013 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 14 599 bəndədək, S&P 500 2,3% - 1 552 bəndədək, Nasdaq 2,4% - 3 217 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə korporativ xəbərlər və hesabatlar səbəb olub.

Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi 0,6% - 6 344 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 713 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 711 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 348,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3078 (-0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR