Pan Gi Mun: "Ötən il dünyada 6,3 milyon uşaq 5 yaşına catmadan vəfat edib"

Pan Gi Mun: "Ötən il dünyada 6,3 milyon uşaq 5 yaşına catmadan vəfat edib"
# 21 noyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Ötən il dünyada 6,3 milyon uşaq 5 yaşına çatmadan vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə BMT baş katibi Pan Gi Mun Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 25-ci ildönümündə bildirib.

Onun sözlərinə görə, 5 yaşdan 17 yaşa kimi 168 milyon uşaq işləmək, 11% qız uşaqları isə 15 yaşa çatmamış ailə həyatı qurmaq məcburiyyətində olur.

Konvensiyanın qəbulunun 25-ci ildönümünə, eləcə də Beynəlxalq Uşaq Gününə həsr olunmuş UNİCEF-in hesabatında bildirilir ki, 20% yoxsul ailələrin uşaqlarının 5 yaşa çatmamış ölüm təhlükəsi 20% imkanlı ailələrdə yaşayan həmyaşıdlarından iki dəfə yüksəkdir. İnkişaf edən ölkələrdə 4%-ə yaxın uşaqlar işləmək məcburiyyətindədir. Bütün dünyada milyonlarla uşaq ayrı-seçkilik, fiziki, cinsi zorakılığa və şəxsiyyəti təhqir edən digər hərəkətlərə məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR