Azərbaycanda xidmət yerini özbaşına tərk etmiş əsgərin meyiti tapılıb

Azərbaycanda xidmət yerini özbaşına tərk etmiş əsgərin meyiti tapılıb
# 18 fevral 2013 15:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Sumqayıtda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb.

İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib.

Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR