Qax rayonunda yeni məktəb binası istifadəyə verilib

Qax rayonunda yeni məktəb binası istifadəyə verilib
# 27 dekabr 2012 16:59 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunda yeni məktəb binası istifadəyə verilib. Qax rayon İcra Hakimiyyətindən IH APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, bu gün rayonun Zəyəm kəndində dövlət vəsaiti hesabına yeni inşa edilən, Zəyəm kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 360 şagird-yerlik yeni binanın tikintisinə ötən ilin noyabrında başlanılıb. 2 mərtəbəli məktəb binasında 18 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, informatika otağı, kitabxana, akt və idman zalları, habelə xidməti otaqlar yerləşir. Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və digər çıxış edən natiqlər ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, məktəb kollektivinə uğurlar arzulayıb. Qeyd edək ki, son illər rayonda 16 yeni məktəb binası, 14 əlavə sinif otağı istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR